Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasimi olıub (FOTO)


Digərləri 12 Okt 2019 16:55:20 274 0

Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasimi olıub (FOTO)

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasimi olıub.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasimi olıub. Trend-in məlumatına görə, balacalar (2011-2012) yaş kateqoriyasında qarışıq cütlüklərdə çıxışda birinci yeri Ayan Qasımova və Mahmud Rüstəmli, ikinci yeri Zemfira Qasımzadə və Arif Məmmədzadə, üçüncü yeri Ayan İsgəndərli və Əkbər Məmmədli tutub. Balacalar yaş kateqoriyasında üçlükdə çıxış zamanı birinci yeri Qəmər Ağaqulu, Mahmud Rüstəmli və Ayan Qasımova, ikinci yeri Mehin Məmmədli, Dəniz Əlizadə və Leyla Heydərova, üçüncü yeri Ayan Talıbova, İnara Rüstəmova və Nərmin Hüseynova tutub. "Uşaqlar" (2008-2010) yaş kateqoriyasında üçlük tərkibində birinci yeri Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskaya, ikinci yeri Liana Nurbaqandova, Nəzrin Sadıxova və Jasmin Muradlı, üçüncü yeri Nərmin Abdullayeva, Məryəm Səfərova və Dana Dadaşova tutublar. "Yeniyetmələr" (2005-2007) yaş kateqoriyasında üçlük tərkibində birinci yeri Sənəm Kazımova, Sara Əlixanlı və Aliyə İsmayılova, ikinci yeri Nəzifə Tağıyeva, Melisa Kaysı və Aydan Şirinli tutub. "Böyüklər" yaş kateqoriyasında (2001-ci il və daha böyük) üçlük tərkibində birinci yeri Elçin Məmmədov, Emil Quliyev və Vladimir Dolmatov, ikinci yeri Nərminə Hüseynova, Balaxanım Əhmədova və Mədinə Mustafayev tutublar. Bütün gimnastlar "Ocaq Sport" klubunun təmsilçiləridir.