Bloger Ruslana Cavadova öz serialı üçün rus qızlar axtarır


Digərləri 12 Okt 2019 16:36:00 348 0

Bloger Ruslana Cavadova öz serialı üçün rus qızlar axtarır

Ruslana Gee adı ilə tanınan azərbaycanlı model və bloger Ruslana Cavadova yeniyetmələr haqqında çəkmək istədiyi yeni serialla bağlı rus qızları arasında kastinq elan edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə model özünün "YouTube" kanalındakı səhifəsində yayımladığı yeni çarxında məlumat verib.

Aktrisalar arasında fikir ayrılığına səbəb olan "Amerikalı yeniyetmələr" adlı ilk serialının qalmaqalla nəticələnməsindən sonra, Cavadova uzun müddət yeni bir layihə çəkməyə çalışmayıb. Ancaq dostları və abunəçilərinin israrla inandırmalarından sonra o, yenidən risk etmək qərarına gəlib.

"Serialımın bütün təfərrüatlarını, hətta adını belə açıqlaya bilmərəm. Çox gözəl olacaq. Bizdə dörd boş rol var ki, mənim sosial şəbəkədəki abunəçilərim onları seçə bilərlər. Bütün qızlar mənim videomda təmsil olunub", - deyə Ruslana kastinqdə iştirak edən qızların çıxışlarının çarxını təqdim edib və onları hansı rola seçmək məsələsini izləyicilərinin ixtiyarına buraxıb.

Bloger üçün ən əsası aktrisaların zahiri görkəmi və rus dilində danışa bilməsidir. Ona görə də, o, əsas vurğunu rus qızlarının üzərinə qoyub.

(adsgarden = window.adsgarden || []).push({});