“Qripə adi xəstəlik kimi baxmayın”


Digərləri 12 Okt 2019 16:12:00 347 0

“Qripə adi xəstəlik kimi baxmayın”

Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.

Sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bəs qrip belə geniş yayılıbmı?

Son.az bildirir ki, həkim Adil Qeybullanın Modern.az-a dediyinə görə, qrip karantin infeksiyası hesab edilir. 

"Əgər söhbət qrip infeksiyasından gedirsə, bu qripin A, B, C formaları var. İnsanlar arsaında bu formalardan ən çox yayılanı "A qripi"dir. Yer kürəsində hər il qrip infeksiyasından minlərlə insan tələf olur. Ümumiyyətlə bu gün dünyada  Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 4 karantin infeksiyası var. Bunlardan taun, vəba, sarı qızdırma və  təbii çiçək infeksiyalarıdır".