Yaponiyada təxminən yarım milyon ev işıqsız qaldı


Dünya 12 Okt 2019 11:24:00 289 0

Yaponiyada təxminən yarım milyon ev işıqsız qaldı

Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin paytaxtının operatoru olan "Tokyo Electric Power" şirkətindən bildiriblər.

Məlumata əsasən, yerli vaxtla saat 08:00-da Tiba prefekturasında 480 mindən artıq yaşayış evi elektrik enerjisiz qalıb.

Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan "Hagibis" qasırğası həmçinin dəmiryolu və hava əlaqəsində problemlər yaradıb.