Həftəsonu hava necə olacaq?


Digərləri 12 Okt 2019 10:04:00 282 0

Həftəsonu hava necə olacaq?

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi oktyabrın 12-də bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 14-17 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.