Sevgilisi müğənnini məhkəməyə verdi


Digərləri 12 Okt 2019 10:39:00 265 0

Sevgilisi müğənnini məhkəməyə verdi

Türkiyəli müğənni İzzet Yıldızhanın keçmiş sevgilisi və qızının anası Gizem Şehnaz onu məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, qadın ifaçını qızı ilə maraqlanmamaqda ittiham edir. O, aylıq aliment miqdarının 1785 lirədən 10 min lirəyə qədər artırılmasını tələb edir.

Məhkəməyə qatılan qız "Atam mediaya verdiyi açıqlamada 9 uşağına ayda 100 min lirə yatırdığını deyib. Bu doğru deyil. O mənə alimentdən başqa heç bir pul verməyib. Məktəb, paltar və digər ehtiyaclarımı qarşılamayıb" deyib.

Sənətçinin yaxınlarının da dinlənilməsi səbəbilə məhkəmə ertələnib.

(adsgarden = window.adsgarden || []).push({});