Yaponiyada "Hagibis"ə görə təxminən yarım milyon ev işıqsız qaldı


Digərləri 12 Okt 2019 10:09:30 255 0

Yaponiyada "Hagibis"ə görə təxminən yarım milyon ev işıqsız qaldı

Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb

Bakı. Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb. Trend-in məlumatına görə, bu barədə ölkənin paytaxtının operatoru olan "Tokyo Electric Power" şirkətindən bildiriblər. Məlumata əsasən, yerli vaxtla saat 08:00-da Tiba prefekturasında 480 mindən artıq yaşayış evi elektrik enerjisiz qalıb. Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan "Hagibis" qasırğası həmçinin dəmiryolu və hava əlaqəsində problemlər yaradıb.