Yaponiyada təxminən 2 min reys təxirə salındı


Dünya 12 Okt 2019 09:16:00 278 0

Yaponiyada təxminən 2 min reys təxirə salındı

Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1929 aviareys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, beynəlxalq istiqamətlərdə "Japan Airlines Corporation" (JAL), "All Nippon Airways" (ANA) və "Peach Aviation" aviaşirkətləri 262 aviareysi, daxili istiqamətlərdə isə JAL və ANA aviaşirkətləridə daxil olmaqla 13 aviadaşıyıcı 1667 aviareys təxirə salıb.

Qeyd edək ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.