Azərbaycan nefti ucuzlaşıb


Digərləri 11 Okt 2019 23:57:00 426 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 61,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel azdır.