Saçı tökülənlər bu qidaları yesin SİYAHI


Digərləri 11 Okt 2019 22:55:00 259 0

Saçı tökülənlər bu qidaları yesin  SİYAHI

Hazırda çoxumuz saç tökülməsindən şikayətlənir və bunun qarşısını almaq üçün çarələr axtarırıq. Bəs bu problemi həll etmək üçün hansı vasitələrdən istifadə etmək lazımdır? 

Yediyimiz  qidalardan vitaminlər, minerallar və zülallar qan vasitəsilə saç köklərinə çatır və saçı qoruyub gücləndirir. Buna görə də sağlam və zəngin qidaları yemirsizsə, bu həm də saçlarınızın qurumasına, kövrəkləşməsinə, həm də tökülməsinə səbəb ola bilər.   Elə qidalar var ki, mütəxəssislər məhz saçları tökülənlərə yeməyi məsləhət görür. Türkiyəli qida və pəhriz mütəxəssisi Yeşim Özcan sağlam və  güclü köklü saçlar üçün menyumuzda olması vacib qidalar haqqında danışıb.

Son.az medicina.az-a istinadən həmin qidaları təqdim edir:

Naringi

Sağlam saçlara sahib olmaq istəyirsinizsə, hər gün 2-3 ədəd mandarin yeməyiniz məsləhətdir. Bu meyvənin tərkibindəki C vitamini saç tellərini bəsləyir, kapilyarları gücləndirən kollagen istehsalına kömək edir. Eyni zamanda naringi bədəndə dəmirin qarışmasını artıraraq saçları da gücləndirir.  Naringi içindəki B vitaminləri saçları daha sürətli böyüdür, saç tökülməsini azaldır və ağarma prosesini yavaşladır. 

Kök

Beta karotin, vitaminlə zəngin bir tərəvəzdir.  Bədəninizin sebum hazırlaması üçün A vitamininə ehtiyacı var . Sebum isə saçlarımızda gözlə görünən təbii yağlı bir maddədir və baş dərisinə təbii qulluq edir. Sebum olmasa kəpək və quru saç problemi yaşana bilər.

Qatıq

Tərkibində B5 vitamini adlanan pantotenik turşu var. Bu vitamin saç tökülməsi problemlərinin qarşısını alır. B5 vitamini baş dərisində qan axını sürətləndirir və baş dərisində qoruyucu bir quruluşa malikdir. Gündə 2 qab qatıq yemək faydalıdır.

Solmon balığı

(adsgarden = window.adsgarden || []).push({});