Bakıda yolu keçən 45 yaşlı qadını maşın vurub öldürdü - Sürücü qaçdı


Digərləri 11 Okt 2019 22:01:02 224 0

Bakıda yolu keçən 45 yaşlı qadını maşın vurub öldürdü - Sürücü qaçdı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Salyan şossesi 32-də baş verib. Yolu keçən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aida Rüstəm qızı naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.