Bakıda orta məktəbin yaxınlığında 2 top mərmisi və aviabomba tapılıb (FOTO)


Digərləri 11 Okt 2019 20:20:00 237 0

Bakıda orta məktəbin yaxınlığında 2 top mərmisi və aviabomba tapılıb (FOTO)

Mərmilərin ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Bakıda orta məktəbin yaxınlığında 2 top mərmisi və aviabomba tapılıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 2019-cu il 11 Oktyabr tarixində saat 16:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, 73 saylı tam orta məktəbin yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.