Ombudsman Aparatının əməkdaşları sosial obyektlərə başçəkmələr həyata keçirib


Digərləri 11 Okt 2019 20:16:00 211 0

Ombudsman Aparatının əməkdaşları sosial obyektlərə başçəkmələr həyata keçirib

Başçəkmələrdə məqsəd bu müəssisələrdə yaşayan sakinlərin saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftar məsələlərinin, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının şöbə müdirinin müavini Vəfa Verdiyeva və ixtisasca həkim olan əməkdaşı Əflatun Baxışov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zabrat qəsəbəsindəki 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq müəssisəsinə, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya, habelə Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün bərpa mərkəzlərinə başçəkmələr həyata keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd bu müəssisələrdə yaşayan sakinlərin saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftar məsələlərinin, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub. Başçəkmələr zamanı hər üç müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış korpuslarına, yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya, mətbəxə və ümumi əraziyə baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə yaşayan sakinlərlə, o cümlədən uşaqlarla, habelə müəssisə rəhbərliyi, həkimlər, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılaraq mövcud vəziyyət öyrənilib.