Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb


Digərləri 11 Okt 2019 17:10:00 287 0

Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb

Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb.

Bakı. Samir Əli - Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb. Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, nərəcinsli balıqlar kilkə balıqlarla qidalanır. Son illərdə isə Xəzər dənizində "Mne obsis ledi" adlı həşərat əmələ gəlib. Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Kilkə balıqlarının məhvi isə onlarla qidalanan nərə balıqlarına da mənfi təsir göstərir və nərə balıqların da ehtiyatı azalır."