“Əvvəl bacımı, sonra qardaşımı itirdim”


Şou-biznes 11 Okt 2019 13:31:00 278 0

“Əvvəl bacımı, sonra qardaşımı itirdim”

Müğənni Elxan Şirinov "Şou ATV" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, gənc yaşda ailəsinin yaşadığı faciələrdən danışıb. İfaçı bildirib ki, əvvəlcə bacısı, sonra isə qardaşı dünyasını dəyişib:

"1972-ci ildə 19 yaşlı bacım xəstəlikdən dünyasını dəyişib. 1980-ci ildə qardaşım Əfqanıstan müharibəsində həlak olub. Bu hadisədən sonra 50 yaşında atamın gözü tutuldu. 16 il gözləri görməyib. Sonra isə vəfat edib. 16 il heç kimə yük olmaq istəməyib. O, rəhmətə gedəndə yanında ola bilmədim. Ailəmə sevgimi istədiyim kimi göstərə bilməmişəm".