Sıladan nümunəvi addım


Digərləri 11 Okt 2019 12:59:00 239 0

Sıladan nümunəvi addım

Türkiyəli müğənni Sıla Gençoğlu iki gün ərzində keçiriləcək konsertlərini təxirə salıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh çeşməsi" hərəkatı olub.

İfaçı bu barədə sosial şəbəkədə yazıb.

"Mən sənətin yaxşılaşdırıcı gücünə inanıram. Ancaq Vətən övladları canla-başla mübarizə apararkən, ailələri onların yolunu gözləyərkən, günahsız uşaqlar və xalqımız canından olub yaralanarkən səhnəyə çıxacaq gücü özümdə görmürəm. Tamaşaçılarımın əfvinə sığınıram. Sülh dolu günlərin yaxında gəlməsi diləyi ilə", - o yazıb. Sosial media iştirakçıları onun bu addımını alqışlayıb.

(adsgarden = window.adsgarden || []).push({});