Türkiyə Suriyada terrorçuları əzir


Dünya 11 Okt 2019 12:36:00 305 0

Türkiyə Suriyada terrorçuları əzir

Türkiyə Suriyada "Sülh bulağı" (Barış pınarı) əməliyyatı həyata keçirir.

"Sülh bulağı" əməliyyatı nəticəsində bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb. 4 türk əsgəri şəhid olub, 3 nəfər yaralanıb. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Məlumata görə, 1 gecə ərzində 49 terrorçu öldürülüb.

Türkiyə şəhid verdi

Türkiyənin şəhid verməsi ölkəni yasa boğub. Bir sıra tanınmışlar əyləncə tipli verilişlərə çıxmaqdan imtina edib, o cümlədən məşhur müğənni Sıla konsertini təxirə salıb.

Şəhid olan əsgər Ahmet Topçunun subay olduğu aşkarlanıb. Bir qardaşı olan şəhidin atası özəl şirkətlərin birində mühafizəçi işləyir. O, ailəsi ilə birlikdə Ankara şəhərində yaşayıb.

Müdafiə Nazirliyi ötən gün şəhidin ailəsinə başsağlığı verib.

"Qəhrəman şəhidimizə öz və nazirliyin əməkdaşları adından Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verirəm. Sizi torpaqda yox, qəlbimizdə basdırdıq", - Müdafiə Naziri Hulusi Akar çıxışı zamanı söyləyib.

Əməliyyatlar davam edir

Suriyanın şimalındakı 11 kənddən PKK-lı terrorçular çıxarılıb. Hava hücumu nəticəsində terrorçuların sığınacaqları məhv edilib, onların zirehli avtomobilləri ələ keçirilib.

Əyn İssa şəhərrində türk terroçuların qərargahı darmadağın edilib. 

Tel Əbyad və Rəs ül Ayn şəhərinin ətraflarında 23 kənd və qəsəbə terroçulardan azad edilib.

Əməliyyatlar zamanı mülki əhalinin zərər görməməsi üçün mühüm tədbirlər görülüb, ərazidə məktəblərdə tətil elan edilib, mülki insanların sərhəd zonasına yaxınlaşmasına qadağa qoyulub.

Türk ordusu əsgərlərinin mülki əhaliyə qarşı həssaslığını görən bəzi terrorçular onlar kimi geyinərək, ölümdən canlarını xilas ediblər. Silahlı qüvvələrin məlumatına görə, onlarla terrorçu silahlarını qoyub, qaçıblar.