“Arvadının üzərində kişiliyini yoxlayan cəmiyyətdə yaşayırıq” FOTO


Şou-biznes 11 Okt 2019 12:39:00 293 0

“Arvadının üzərində kişiliyini yoxlayan cəmiyyətdə yaşayırıq”  FOTO

Son günlər Azərbaycanda qadınlara qarşı bir neçə cinayət hadisəsinin baş verməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, "Şiddətə son" həşteqi ilə paylaşımlar edilir.

Aparıcı Azər Süleymanlı da məsələyə biganə qalmayıb. O, sosial media hesabında bu sözləri yazıb:

"Uşaqlarına "Qızbəs", "Qıztamam", "Yetər" adları qoyan, qız dünyaya gətirdi deyə arvadının gününü qaraldan, onu boşayan, yaşa dolmamış ərə verib başından açan, təhsil almasına önəmsiz baxan, üzərində əzələsini, kişiliyini yoxlayan, övladları önündə onları bıçaqlayan cəmiyətdə yaşayırıq. Duraq daha! Bizə dünya verənlərin dünyasını əllərindən almayaq!"