Fuad Qəhrəmanlı məhkəməyə gəlmədi, proses təxirə salındı


Digərləri 11 Okt 2019 11:53:00 223 0

Fuad Qəhrəmanlı məhkəməyə gəlmədi, proses təxirə salındı

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi keçirilib. Z.Yaqğmurun vəkili Zibeydə Sadıqova Trend-ə açıqlamasında bildirib ki, prosesə Fuad Qəhrəmanlı və onun nümayəndəsi gəlməyib. Hakim iş üzrə növbəti prosesi oktyabrın 17-nə təyin edib.