Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı "Məsələ 20 manat edilən cərimə dərdi deyil" FOTO


Digərləri 11 Okt 2019 11:27:00 435 0

Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı  "Məsələ 20 manat edilən cərimə dərdi deyil"  FOTO

O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis Ağayev (Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənni Bakı Nəqliyyat Agentliyi ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. BNA-nın yazdığı cərimələrdən gileylənən Haşımova statusunu silməsinin səbəbini açıqlayıb:

"Sırf sizi öncədən də tanıdığım və sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai kanalda deyirsiniz, "Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub".

Bir marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və sizdə dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.

O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyənədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz".

Qeyd edək ki, A.Haşımova bir müddət əvvəl BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı.