İcarəyə götürdüyü avtomobili “Qış parkı”nın səkisinə çırpdı FOTO


Digərləri 11 Okt 2019 10:50:00 447 0

İcarəyə götürdüyü avtomobili “Qış parkı”nın səkisinə çırpdı  FOTO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəza "Beş mərtəbə" adlanan ərazidə, Azərbaycan Dövlət Dram Teatrının yaxınlığında qeydə alınıb..

Ceyhun Quliyev icarəyə götürdüyü "Kia Optima" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq "Qış parkı" ətrafındakı yolun səkisinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, zərbənin gücündən avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.