"Dorian" 1200dən çox adamı "itirib"


Dünya 11 Okt 2019 10:23:00 260 0

"Dorian" 1200dən çox adamı "itirib"

Baham adaları hökuməti 1208 nəfərin itkin düşməsi barədə xəbər verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslərin son 1 ayda regionda tüğyan edən "Dorian" qasırğası səbəbindən taleyi naməlum qalıb.

Daha öncə 600 nəfərin itkin düşməsi barədə məlumatlar verilirdi.

Qasırğa nəticəsində ölənlərin sayının isə 60 nəfər olduğu qeyd edilir. Təbii fəlakət nəticəsində adada 13 min tikili dağılıb, böyük sahələr su altında qalıb.