BakıSumqayıt qatarında növbəti gecikmə
Digərləri 11 Okt 2019 09:53:00 342 0
Bakı-Sumqayıt qatarında yenə texniki nasazlıq səbəbindən gecikmə olub.
Son.az oxu.az-a istinadən xəbər verir ki, 07:50-də Sumqayıt dəmiryolu stansiyasından hərəkətə başlayan qatar 08:28-də Bakı Sərnişin Stansiyasına çatmalı olduğu halda 15 dəqiqə gecikib.
Maşinist dəfələrlə əlaqəyə çıxaraq, gecikmənin yoldakı texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.
Mənbə: milli.az