Türkiyə Suriyada 228 terrorçunu zərərsizləşdirib


Dünya 11 Okt 2019 09:33:00 229 0

Türkiyə Suriyada 228 terrorçunu zərərsizləşdirib

"Sülh Mənbəsi" (Barış Pınarı) əməliyyatı başlandıqdan bəri Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında hava əməliyyatı zamanı daha 9 PKK / PYD-YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib:

"Beləliklə, "Sülh Mənbəsi" əməliyyatı başlandıqdan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 228-ə çatıb".