Azərbaycanda turoperatorların gəlirləri çoxalıb


Digərləri 11 Okt 2019 08:33:00 234 0

Azərbaycanda turoperatorların gəlirləri çoxalıb

Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb.

Ötən müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.