Türkiyə sahillərində iki zəlzələ baş verib


Digərləri 11 Okt 2019 05:03:31 278 0

Türkiyə sahillərində iki zəlzələ baş verib

Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib

Bakı. Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:52-də qeydə alınıb. Zəlzələnin episentri Yalova vilayətindən 3,71 kilometr məsafədə yerləşib. Yeraltı təkanların ocağı 10,66 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbulda hiss olunub. Saat 22:32-də Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ olduğu da bildirilir. Zəlzələlərin episentri Yalova vilayətindən 2,97 kilometr məsafədə, ocağı isə 11,21 kilometr dərinlikdə yerləşib.