Haran ağrıdığını göstər, səbəbini deyək –


Digərləri 10 Okt 2019 23:35:00 407 0

Haran ağrıdığını göstər, səbəbini deyək –

Hər gün saytımıza bədənimin sağ, sol, belim, çanağım, qarnımın filan hissəsi ağrıyır, səbəbi nədir sualları gəlir. Bəzi xəstələr ağrılara fikir vermir, bəziləri keçəcək düşünür, bəziləri də ən xırda ağrıdan belə təşvişə düşür. Son.az medicina.az-a istinadən nahiyəsinə görə ağrıların təsnifatını təqdim edir.

Siz ağrı nahiyənizi burda tapın və səbəblərini dəqiqləşdirin. Öz-özünüzə diaqnoz qoymayın.

SAĞ BÖYÜRDƏ AĞRI

Ən sadə, zərərsiz səbəb - qaçış, idman, narahat yatmaq və ya fiziki iş  ola bilər. Bu zaman ağrı 2-3 günə keçib getməlidir.

Sağ qabırğaaltında bərk ağrı bu daxili problemlərə işarə ola bilər:

-Böyrəklər: daş, iltihab, şiş, pielonefrit, -Qaraciyər: hepatit, abses, şiş -Öd kisəsi: daş, çöküntü, iltihab -Mədə-bağırsaq: peptiki xora, dispepsiya, qastrit -Hamilələrdə bu ağrı bəzən preeklampsiyaya işarədir. Bu zaman mütləq təcili yardım çağırılmalıdır. Çünki döl ölə bilər.

Sağ tərəf qarının aşağısında ağrı: çox zaman kəskin appendisit əlamətidir.

-    digər səbəblər: köp, yırtıq, sidik sistemi orqanlarının infeksiyası, daşı, qıcıqlanmış bağırsaq, Kron xəstəliyi, xoralı kolit, bağırsaq iltihabı

-Cinsiyyət orqanları xəstəliyi, menstrual tsikl, yumurtalıq xəstəlikləri, kişilərdə xaya burulması, qadınlarda yumurtalıq burulması. Bu zaman ağrı çox kəskin olur. Əgər ağrı çox dözülməz, insanı yerindən tərpənməyə qoymursa bu zaman təcili yardım çağırılmalı, xəstə hospitəlizə olunmalıdır.

Təbii ki, bu ağır hallarda kəskin ağrı ilə yanaşı digər simptomlar da olmalıdır: titrətmə, soyuq tər, nəcisdə, sidikdə qan, ürəkbulanma, qusma, halsızlıq, dərinin avazıması, qarnın şişməsi, bərkiməsi və s.    

SOL BÖYÜRDƏ AĞRILAR

Burda da ən yüngül ağrı masaj, ağır iş, idman, fitnes, qaçışdan ola bilər.

Digər səbəblər:

-Bağırsaq, 12 barmaq bağırsaq ağrıları -Sol böyrəkdə daş -Pankreatit - mədəaltı vəz -Dalaq şişməsi -Ürək tərəfdən stenokardiya zamanı ağrı sol tərəfə və qabırğalararasına verir. -Diverkulit - bağırsaq divarındakı kisəciklərin iltibabı -Meteorizm -Yırtıqlar

-Öd və sidik yollarında daş -Qastroezofagit reflüks xəstəliyi, xora -Əzələ, sümük arası hondrit, nevralgiya, qabırğa sınması, mialgiya -Ağciyərlərdə emboliya -Nevroloji xəstəliklərdə panik atak, nevroz zamanı da sol tərəfə verən ağrılar olur

Hansı halda təcili yardım çağırmalı?

-əgər ağrı sürətlə qol, boyun, çənəyə yayılırsa -Tər gəlirsə, ürək bulanırsa, təngnəfəslik varsa -Bu ağrılar 20 dəqiqədən çox çəkirsə -Döş qəfəsinə ağırlıq və sıxılma verirsə

(adsgarden = window.adsgarden || []).push({});