Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub (FOTO)


Digərləri 10 Okt 2019 22:57:00 429 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub (FOTO)

Oktyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva paytaxtın Füzuli küçəsi boyunca salınan Mərkəzi Parka gəlib

Bakı. Oktyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva paytaxtın Füzuli küçəsi boyunca salınan Mərkəzi Parka gəlib. Trend-, Leyla Əliyeva şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etmək məqsədilə salınan yeni parkda yaradılan şəraitlə tanış olub. Leyla Əliyeva ərazisi 20 hektar olan parkda IDEA İctimai Birliyinin könüllüləri ilə birgə kütləvi ağacəkmə aksiyasında iştirak edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin