Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı –


Digərləri 10 Okt 2019 22:25:00 332 0

Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı –

Məşhur dərman markası ondan şikayətçi olan şəxsə 8 milyon dollar təzminat ödəyəcək.

Son.az medicina.az-a istinadən bildirir ki, 26 yaşlı N.Murray adlı şəxs qəbul etdiyi dərmanların süd vəzilərini böyütdüyünü iddia edərək məşhur  "Johnson and Johnson" şirkətini məhkəməyə şikayət edib.

Məhkəmənin qərarı isə şəxsin leyhinə çıxarılıb. Adı çəkilən marka, aldığı anti-psixotik dərmanların döşlərini böyütdüyü və bunula bağlı dərmanların üzərində heç bir xəbərdarlığın olmadığını iddia edən şəxsə 8 milyon dollar təzminat ödəməyə məhkum edilib.

2003-cü ildə autizm spektri pozğunluğu diaqnozu qoyulan Murray, bu dərmanı istifadə etməyə başladıqdan sonra döşlərinin böyüdüyünü söylənilir. Rispedral adlı dərman şizofreniya və bipolyar pozğunluğu müalicə etmək üçün istifadə olunur. Murrayın vəkilləri məhkəmədə şirkəti "qazancı xəstələrin sağlamlığından öndə tutma"sına görə ittiham edib.

(adsgarden = window.adsgarden || []).push({});