Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Digərləri 10 Okt 2019 21:28:36 240 0

Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakini Əsəd Vəliyev idarə etdiyi "VAZ-2114" markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.