Ucarda kənd ərazisində silah-sursat tapılıb (FOTO)


Digərləri 10 Okt 2019 18:43:21 278 0

Ucarda kənd ərazisində silah-sursat tapılıb (FOTO)

Ucarda kənd ərazisində 3 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar tapılıb.

Bakı. Ucarda kənd ərazisində 3 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar tapılıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumatda qeyd edilir ki, 2019-cu il 10 Oktyabr tarixində saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ucar rayonu, Müsüslü kəndi ərazisində əl qumbarasının və “Kalaşnikov” avtomatının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ucar rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.