Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi


Digərləri 10 Okt 2019 18:29:00 263 0

Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi

Oktyabrın 9-da paytaxtın Nərimanov rayonunda İran vətəndaşının iştirakı ilə xoşagəlməz hadisə baş verib.

Son.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən Oxu.az-a verilən məlumata görə, "102" xidmətinə İran vətəndaşı S.Touloun tərəfindən zəng gəlib.

Kişi həyəcanla oğlu, 1998-ci il təvəllüdlü Seyidrzanın saat 19:20-də intihar etmək məqsədilə evi tərk etdiyini bildirib.

18-ci Polis Bölməsinin əməkdaşları xəbərdarlığa cəld reaksiya verərək, saat 22:00-da Əliəşrəf Əlizadə küçəsində 61 nömrəli, 17 mərtəbəli yaşayış binasının damından cavan oğlanı tapıblar.

Əməliyyatçılardan biri həyatı bahasına intiharın qarşısını alıb. Sahə müvəkkili İran vətəndaşını yüksəklikdən endirərkən özünü çətinliklə saxlayıb.