Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçib


Digərləri 10 Okt 2019 18:24:00 238 0

Suriyanın Təl-Əbyad rayonu qismən Türkiyənin nəzarətinə keçib

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib

Bakı. Rufiz Hafizoğlu - Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib. Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir. Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.