Neftçilər prospektindəki beton maneələr kənarlaşdırılır


Digərləri 10 Okt 2019 18:09:01 278 0

Neftçilər prospektindəki beton maneələr kənarlaşdırılır

Yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır.

Bakı. Samir Əli - Bu gün Neftçilər prospektində yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.