İcma rəhbəri: Yaxşı olardı ki, Ermənistan “sülh naminə əməkdaşlığ”ı deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirəyə çıxarsın


Digərləri 10 Okt 2019 16:34:00 69 0

İcma rəhbəri: Yaxşı olardı ki, Ermənistan “sülh naminə əməkdaşlığ”ı deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirəyə çıxarsın

Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi planlaşdırılır.

Bakı. Samir Əli - Ermənistan mediasının yaydığı məlumata görə, 11 oktyabr 2019-cu il tarixində Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi planlaşdırılır. Məlumatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu “artsax xalqının öz müqəddaratını təyin etmək hüququ” və “münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları” müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. Bəyanatda bildirilir: "Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın “ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır? Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”ı deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı. "Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmcinin “artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülüncdür. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın “öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi like
  • 10 Okt 16:31  
Dünya Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-A

arrow Ətraflı
İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı like
  • 10 Okt 16:26  
Kriminal İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam R

arrow Ətraflı
Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur... like
  • 10 Okt 16:22  
Kriminal Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...

Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq

arrow Ətraflı
Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb like
  • 10 Okt 16:17  
Digərləri Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları aras

arrow Ətraflı
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir  FOTO like
  • 10 Okt 16:15  
Siyasət Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dö

arrow Ətraflı
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib (FOTO) like
  • 10 Okt 16:12  
Digərləri Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib (FOTO)

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dö

arrow Ətraflı
"Azercell"in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib like
  • 10 Okt 16:09  
Digərləri "Azercell"in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib

Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü”

arrow Ətraflı
Burak Özçivitin serialının ilk videosu rekord qırdı like
  • 10 Okt 16:08  
Digərləri Burak Özçivitin serialının ilk videosu rekord qırdı

Baş rolunda Burak Özçivitin çəkildiyi "Kuruluş Osman" serialın

arrow Ətraflı
SON DƏQİQƏ: Türkiyəyə hücum edildi like
  • 10 Okt 16:08  
Dünya SON DƏQİQƏ: Türkiyəyə hücum edildi

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PK

arrow Ətraflı
Emre Can Juventus-da xoşbəxt olmadığını açıqladı like
  • 10 Okt 16:06  
İdman Emre Can Juventus-da xoşbəxt olmadığını açıqladı

Juventus-un yarımmüdafiəçisi Emre Can klubda &oum

arrow Ətraflı
Unibank 100-cü onlayn biznes kreditini verib like
  • 10 Okt 16:04  
Digərləri Unibank 100-cü onlayn biznes kreditini verib

Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidm

arrow Ətraflı
Nərmin Şahmarzadə həbs oluna bilər like
  • 10 Okt 16:04  
Digərləri Nərmin Şahmarzadə həbs oluna bilər

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi it

arrow Ətraflı