Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb


Digərləri 10 Okt 2019 16:17:00 324 0

Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TurStat" portalının statistikasında deyilir.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarını qəbul edəcək Bakı Olimpiya Stadionu 69 min azarkeş tutumuna malikdir.

Siyahıda birinci yerdə Moskvanın "Lujniki" (81 min), ikinci yerdə Kiyevin "Olimpiya" stadionu (70 min) qərarlaşıb.

İlk beşlikdə, həmçinin Sankt-Peterburqun "Qazprom Arena" (68 min) və Tbilisinin Boris Payçadze adına stadionu (55 min) yer alıb.