“Yediyimiz çörək süfrəmizə natəmiz yollarla gətirilir”


Digərləri 10 Okt 2019 15:59:00 69 0

“Yediyimiz çörək süfrəmizə natəmiz yollarla gətirilir”

Çörəyin hansı şəraitdə, harada, təmiz və yaxud natəmiz yerdə istehsal olunması insanları, alıcıları nə qədər maraqlandırırsa, onun hansı şəraitdə, hansı avtomobillərlə marketlərə daşınması bir o qədər maraqlandırır. Son.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Çörək ruzi-bərəkətdir, çörəyi yerə atmaq olmaz, günahdır deyirik. Amma bərəkət deyib, yerə atmadığımız çörəyi antisanitariya şəraitində daşıyırıq. Söhbət çörəyin gigiyenik tələblərə cavab verməyən avtomobillərdə daşınmasından gedir. İsa Əliyev - Qida mühəndisi: "Təəssüflər olsun ki, qida məhsullarında, xüsusən çörək məhsullarında və un məmulatlarında antisanitar vəziyyət həddindən artıq çoxdur. Un məmulatları, istər çörək məmulatları həm daşıyarkən, həm də satışda olarkən bir çox gigiyenik qaydalara riayət olunmalıdır". İllərdir bu məsələ problem olsa da, həll olunmamış qalır. Xüsusən mərkəzdən uzaq məhəllədaxili marketlərə çörək gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınır. Mütəxəssislər belə avtomobillərdən çörək alan market sahibinin də inzibati məsuliyyətə cəlb olunmasının vacib olduğunu deyirlər. Eyyub Hüseynov - AİB-nin sədri: "Məşhur bir söz var, zəncirin gücü onun bir dənə həlqəsindədir. Bir həlqədə zəif oldu, artıq o zəncir yoxdur. Qida məhsulu da belədir, yəni qida zəncirində istehlakçının masasına gələnə kimi o, risk nöqtələrindən keçir. O, bir yerdə çirklənə bilər. Belə çirklənmə yerlərindən, risk nöqtələrindən biri də daşınma nöqtəsidir". Qaydalara əsasən, çörək gigiyenik pasportu olan avtomobillərdə daşınmalıdır. Həmin pasport isə yalnız içərisində lazımi şərait yaradılmış avtomobillər üçün verilir. Cavidan Quliyev - AQTİ-nin əməkdaşı: "Çörəkləri daşıyarkən, maşınların içində xüsusi rəflər olmalıdır. Gigiyena baxımından təmizlik mütləq şəkildə önəmlidir. Bu rəflərə çörəklər şaquli şəkildə yerləşdirilməlidir. Çörəklər daşınan maşında başqa qida məhsulunun daşınması mütləq şəkildə yolverilməz haldır. Çörəklər mağazalara daşınarkən, istər satışı həyata keçirən mütəxəssislər, istərsə də ki çörəyi daşımasını həyata keçirən ekspeditellərin fərdi mühafizə geyimlərindən istifadə etməsi önəmlidir". Təmizliyi gözləməyib bərəkəti belə batıranlar isə günaha batmaqla yanaşı, inzibati məsuliyyət də daşıyır. Yükdaşıma qaydalarının pozulmasına görə cərimə 40, sanitar-gigiyena qaydalarını pozmağa görə 50-100 manatdır. Eyni əmələ görə, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər daha çox 200-400 manat cərimə ödəmək məcburiyyətində qala bilər.

(adsgarden = window.adsgarden || []).push({});
Türkiyə ərazisi top atəşinə tutuldu - 9 yaralı var like
  • 10 Okt 15:57  
Digərləri Türkiyə ərazisi top atəşinə tutuldu - 9 yaralı var

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PK

arrow Ətraflı
Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib (FOTO) like
  • 10 Okt 15:50  
Digərləri Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib (FOTO)

“Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya”

arrow Ətraflı
Zahid Oruc: "AzərbaycanRusiya münasibətləri son 100 ildə bu qədər yaxşı olmayıb" like
  • 10 Okt 15:50  
Siyasət Zahid Oruc: "AzərbaycanRusiya münasibətləri son 100 ildə bu qədər yaxşı olmayıb"

Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbay

arrow Ətraflı
Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO) like
  • 10 Okt 15:46  
Digərləri Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb (FOTO)

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velos

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası like
  • 10 Okt 15:45  
Digərləri Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası

Azərbaycan Beynəlxalq Bankı 13 oktyabr Dəmiryolu İşçilərinin Peşə Bayr

arrow Ətraflı
Ədəbiyyat üzrə Nobel mükafatı verildi like
  • 10 Okt 15:41  
Digərləri Ədəbiyyat üzrə Nobel mükafatı verildi

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsin

arrow Ətraflı
Zahid Oruc: Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yaxşı olmayıb like
  • 10 Okt 15:40  
Digərləri Zahid Oruc: Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yaxşı olmayıb

Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərb

arrow Ətraflı
İzzət efirdə oğluna ad günü keçirdi like
  • 10 Okt 15:36  
Şou-biznes İzzət efirdə oğluna ad günü keçirdi

Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib.

arrow Ətraflı
Balakəndə yararsız at ətinin satışının qarşısı alınıb (FOTO) like
  • 10 Okt 15:33  
Digərləri Balakəndə yararsız at ətinin satışının qarşısı alınıb (FOTO)

Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəd

arrow Ətraflı
Çörək puluna görə "marojna" satmağa məcbur qalan like
  • 10 Okt 15:30  
Şou-biznes Çörək puluna görə "marojna" satmağa məcbur qalan

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun uşaqlığı ilə bağl

arrow Ətraflı
İngiltərə millisinin heyətində itki like
  • 10 Okt 15:30  
İdman İngiltərə millisinin heyətində itki

İngiltərə milli komandası itki ilə üzləşib.

arrow Ətraflı
Əli Kərimlinin Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı dağıtmaq planı... like
  • 10 Okt 15:28  
Digərləri Əli Kərimlinin Tofiq Yaqublu vasitəsilə “Müsavat”ı dağıtmaq planı...

Sirr deyil ki, AXCP sədri Əli Kərimlinin xəmiri şantajla yoğrulub və o, p

arrow Ətraflı
Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək like
  • 10 Okt 15:27  
Siyasət Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz

arrow Ətraflı