Ədəbiyyat üzrə Nobel mükafatı verildi


Digərləri 10 Okt 2019 15:41:00 308 0

Ədəbiyyat üzrə Nobel mükafatı verildi

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib.

2018-ci il üçün mükafatı polşalı Olqa Tokarçuk, 2019-cu il üçün isə avstriyalı Peter Handke əldə edib.

O.Tokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdü.

(adsgarden = window.adsgarden || []).push({});