Oleq Bakinski qızına toy edir FOTO


Digərləri 10 Okt 2019 15:05:00 313 0

Oleq Bakinski qızına toy edir  FOTO

Azərbaycanlı keçmiş kriminal avtoritet, Kiyev Azərbaycanlıları Konqresinin sədri "Oleq Bakinski" (Oleq Krapivin) qızına oktyabrın 12-də toy edəcək.

Son.az qafqzinfo-ya istinadən xəbər verir ki, toy mərasimi Kiyevdə məşhur restoranların birində keçiriləcək.

Mərasimdə Azərbaycan, Ukrayna, Rusiya və MDB ölkələrindən olan nüfuzlu şəxslər iştirak edəcəklər. 

Qeyd edək ki, "Bakinski" Şamaxı şəhərində dünyaya gəlib. O, Ukraynada ticarət mərkəzləri və bir çox daşınmaz əmlaklara sahibdir. Hələ 2014-cü ildə "Forbes" jurnalı onun sərvətini 84 milyon dollar miqdarında dəyərləndirib.

(adsgarden = window.adsgarden || []).push({});