Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi Ramin Rzayev sualları cavablandırır


Digərləri 10 Okt 2019 14:30:00 234 0

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi Ramin Rzayev sualları cavablandırır

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır.

Bakı. Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır. - Menisk zədələnməsi nədir, əməliyyatsız müalicə olunurmu? - Diz oynağında “C” hərfi şəklində fibroz qığırdaqdan ibarət iki menisk mövcuddur – iç (medial) və bayır (lateral). Menisklər qan damarları ilə təchiz olunmamışdır, qidalanması oynağın sinovial qişası tərəfindən ifraz edilən oynaq mayesi hesabınadır. Hərəkət, yürümə, qaçış və idman hərəkətləri zamanı oynağa düşən bədən ağırlığının oynaq sətinə bərabər paylanmasını və zərbənin yumşaldılmasını təmin edərək bir növ amortizator rolunu oynayır, oynaq qığırdağının erkən aşınmasının qarşısını alır. Menisk zədələnmələrinin müalicəsi cərrahidir və bir qayda olaraq artorksopik olaraq parsial meniskektomiya, total meniskektomiya, menisklərin tikilməsi üsulları ilə icra edilir. Oynaq qığırdağının aşırı dərəcədə (artroz - III dərəcə) aşınması, kirəcləşməsi hallarında menisk zədələnmələrinin artroksopik yolla müalicəsi müsbət nəticələr vermir. - Diz oynağında ön çarpaz bağın rolu nədir və zədələnmişdirsə bərpa etmək mütləqdirmi?