Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır


Digərləri 10 Okt 2019 13:55:00 446 0

Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır

Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur

Bakı. Kəmalə Məmmədli - Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik Türkiyə şirkətləri yoxdur. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib. Onun sözlərinə görə, bu gün türk iş adamları sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda iki şirkətin yaradılması üzərində işləyir. Şirkətlərdən biri qablaşdırma materiallarının hazırlanması, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq.