Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi


Digərləri 10 Okt 2019 13:23:35 322 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi

Canlı yayım zamanı 181-dən çox vətəndaş sualı cavablandırıldı

Bakı. Bu gün saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi "Facebook" səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusuna aid idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi. Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirdi. Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıldı.