Azərbaycanda 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib


Digərləri 10 Okt 2019 12:19:00 453 0

Azərbaycanda 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib

Azərbaycan İqtisadiyyat Nazirliyi bu günədək 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib

Bakı. Kəmalə Məmmədli - Azərbaycan İqtisadiyyat Nazirliyi bu günədək 345 sahibkarlıq subyektinə investisiyaların təşviqi sənədi verib. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib. Onun sözlərinə görə, sənədlər 407 investisiya layihəsi üzrə verilib. Bu layihələrə qoyulan investisiyaların ümumi həcmi 3,9 milyard manat məbləğində dəyərləndirilir.