Gəncədə 5 mərtəbəli binada yanğın olub


Digərləri 10 Okt 2019 11:58:00 331 0

Gəncədə 5 mərtəbəli binada yanğın olub

Gəncədə 5 mərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.