Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı


Digərləri 10 Okt 2019 11:42:00 216 0

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı

“Sumqayıt Kimya Sənaye Parkı” MMC, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyənin Standartlar İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Bakı. Kəmalə Məmmədli - “Sumqayıt Kimya Sənaye Parkı” MMC, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyənin Standartlar İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Trend-in məlumatına görə, imzalanma mərasimi Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında baş tutub. Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, bu sənəd standartların sənaye parkların fəaliyyətinə, eyni zamanda parkda fəaliyyət göstərən müəssisələrin işinə çox böyük təsir göstərəcək.