Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək


Digərləri 10 Okt 2019 11:39:16 207 0

Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Bakı. Tamilla Məmmədova - Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycana səfərinin yekunlarından danışan Gürcüstan Baş naziri Georgi Qaxariya deyib. O, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı vurğulayıb: “Bildiyiniz kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional xarakter daşıyır”. G.Qaxariyanın sözlərinə görə, ölkələr arasında konkret addımlar planlaşdırılıb və noyabr ayında iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək: “Bu komissiyanın iclası son 10 ildə keçirilməyib. Bu tədbir iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və təkmilləşməsi üçün fundamental və səmərəli vasitədir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin