Bakı-Şamaxı yolunda qəza - "BMW" 17 yaşlı qızı vurub öldürdü


Digərləri 10 Okt 2019 11:12:00 231 0

Bakı-Şamaxı yolunda qəza - "BMW" 17 yaşlı qızı vurub öldürdü

Bakı-Şamaxı yolunda yeniyetmə qızı maşın vurub

Bakı. Samir Əli - Bakı-Şamaxı yolunda yeniyetmə qızı maşın vurub. Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Azad Əzizağa oğlu idarə etdiyi "BMW" markalı 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.