Özünün 30 yaş cavan halıyla üzləşən snayperçi, motosikletlə "dava", baş tutmayan "Gemini" layihəsi FOTO


Digərləri 10 Okt 2019 11:07:00 394 0

Özünün 30 yaş cavan halıyla üzləşən snayperçi, motosikletlə "dava", baş tutmayan "Gemini" layihəsi  FOTO

Son.az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (12-ci say) təqdim edir:

Niyə müharibələrdə yüzlərlə insan ölməli? Niyə tək qalan qadınlar, ailə başçıları və ya başqaları intihar etməli? Niyə kimlərsə döyüşdə ağrı hiss etməli, əziyyət çəkməlidir?..

Bəzi peşəkar aktyorlar (aktrisalar) var ki, keyfiyyəti kəmiyyətdən üstün tuturlar. Onlar qazanacaqları puldan daha çox çəkildikləri filmin ssenarisinə önəm verirlər. Bu səbəbdən də bəzi filmlər sırf həmin məşhura görə izlənilir, tamaşaçılar filmi izləmədən də onun yaxşı olacağını proqnozlaşdırırlar. Uill Smit də belə aktyorlardandır.

4 dəfə "Qremmi", 5 dəfə "Qızıl qlobus"mükafatı alan Uill Smit "Gemini man" filminin baş rol ifaçısıdır. O, ekran işində iki obrazı, həm özünü, həm də özündən 30 yaş kiçik "oxşar"ını canlandırıb. Qrim işi o qədər uğurlu alınıb ki, ilk baxışda obrazları eyni adamın canlandırdığına inanmaqda tərəddüd hissi yarana bilər.

Yarıfantastik, yarı dram janrında olan film ABŞ istehsalıdır. Kadrların çoxu Corciya ştatında və Budapeşt şəhərində çəkilib. Kinonu yarıfantastik adlandırmağıma səbəb isə ssenarinin klonlama layihəsi üzərində qurulmasıdır. Bu məsələnin reallığı isə mübahisəli məsələ olaraq qalır.

Məlumat üçün bildirim ki, ilk dəfə klonlaşdırılan canlı Dolli adlı qoyun olub. Lakin bu klon uzun müddət yaşaya bilməyib. İddialara görə, hazırda bir neçə insan klonu olsa da, gizlədilir. Səbəbi isə insanın klonlaşdırılmasının qadağan olması ilə bağlıdır. Ona görə də heç bir alim yaratdığı klonu rəsmən etiraf etmir. Lakin bir çox mənbələr təsdiqləyir ki, ən azı Şərqi Avropada 3 nəfər klon insan var, onların yaranmasında məşhur "Dolli" metodundan istifadə edilib.

Bu vaxta qədər belə tərzdə işlənməyən mövzunun fantastik formada deyil, realmış kimi qabardılması filmdə diqqət çəkən məqamlardandır. Sanki, ABŞ film vasitəsiylə "biz artıq klonlanmış insanlardan istifadə edirik" demək istəyir.

Filmə görə ABŞ "Gemini" (əkiz və ya klon) layihəsi ilə özünə "ölümsüz" ordu qurmaq istəyir. Onlar düşünür ki, xüsusi lobaratoriyalarda yaradılan klonlar hissiyatsız və ağrısızdır. Bununla da, onlar öz vətəndaşlarını müharibələrdən qoruyacaqlar.

Kino həm döyüş, həm də sürət, macəra, "bayk" sevənlərə daha maraqlı gələ bilər. Çünki ekran işində təxminən 15 dəqiqəlik motosiklet və 5-6 dəqiqəlik dava səhnələri yer alıb. İlk dəfə bu filmdə motosikletlə adam döymə səhnələri ekranlaşdırılıb. Həmin səhnələri izləyərkən həyəcandan "oturacağa yapışmamaq" mümkün deyil. Motosiklet üzərindəki təhlükəli kadrlarda Vil Smitin üzünün görünməsindən aydın olunur ki, bəzi riskli səhnələrə də elə özü çəkilib. Elə bəlkə də bu cəhətlərinə görə o, Hollivudda ən çox qazancı olan aktyorlardan biridir.

(adsgarden = window.adsgarden || []).push({});