Azərbaycanın Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 30 faiz artıb


Digərləri 10 Okt 2019 11:08:00 236 0

Azərbaycanın Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.

Bakı. Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir. Trend-in məlumatına görə, bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Nazir müavininin sözlərinə görə, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi ötən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.