Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə xatirəsi anılıb (FOTO)


Digərləri 10 Okt 2019 10:38:00 55 0

Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə xatirəsi anılıb (FOTO)

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Bakı. İlhamə İsabalayeva - Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Trend-in məlumatına görə, bu münasibətlə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova, Səhiyyə naziri Oqtay Şirəliyev II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Aida İmanquliyeva kimi dəyərli bir ziyalının vaxtından tez dünyasını dəyişməsi həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də ümumilikdə Azərbaycan elmi üçün böyük itki olub: “Aida xanım kimi şərqşünaslıq sahəsində öz sözünü deyən, elmi fəaliyyəti ilə tanınan Azərbaycan qadınının olması çox böyük nailiyyətdir. Aida xanım Azərbaycan elminə çox böyük töhfələr verib. O, tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Aida xanım böyük bir məktəb yaratdı və bu gün də onun davamçıları var”. A.İmanquliyevanın Azərbaycanda ilk qadın-ərəbşünas elmlər doktoru olduğunu xatırladan H.Hüseynova qeyd edib ki, dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə "Mixail Nuaymə və Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyaları və 70-dən artıq elmi məqalə həsr edib. Onun rəhbərliyi ilə şərq filologiyası üzrə toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələrindən ibarət kitablar işıq üzü görüb. Komitə sədri bildirib ki, Aida xanım tanınmış bir alim olmaqla yanaşı, gözəl ana, həyat yoldaşı və nənə idi: “Çox təəssüf olsun ki, Azərbaycanda elm sahəsində bunların hamısını özündə birləşdirən çox az sayda qadın var. Biz ona çox minnətdarıq, bu minnətdarlıq təkcə onun elmi fəaliyyətinə görə deyil, həm də ona görədir ki, Aida xanım bizim cəmiyyət, ölkəmiz üçün iki gözəl xanım bəxş edib və bu gün onlar Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Onların hər biri bu gün öz sahəsi üzrə fəaliyyət göstərərək Aida xanımın davamçısı olduğunu bir daha göstərirlər. Nərgiz xanım şərqşünaslıq elmi üzrə fəaliyyət göstərməsə də, məşğul olduğu elm sahəsində öz sözünü deyə bilmiş bir akademikdr. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında saatlarla danışmaq olar. Bütün bunlar onların Aida xanımdan tərbiyə almasının nəticəsidir. Bu gün bir çox gənc qızlar onlardan nümunə götürərək formalaşır, inkişaf edirlər. Biz onlara daim minnnətdar olacağıq, Aida xanıma isə Allahdan rəhmət diləyirəm, qəbri nurla dolsun. O, daim ürəyimizdə yaşayacaq”. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru Nailə Vəlixanlı Aida İmanquliyeva haqqında daim xoş sözlərin deyilə biləcəyini vurğulayıb: “Biz onun ölümünə bu gün də heyfsilənirik. Biz alimlə yanaşı, bir dost, bir həmkar itirmişik. Ərəb ədəbiyyatını onun kimi bilən bəlkə də çox az insan var. O, özündən sonra çox gözəl elmi əsərlər, gözəl övladlar qoyub getdi”. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanda alim qadınların sayı çoxdur və onların sayı gündən-günə artır. Amma o dövrdə Aida xanım qədər beynəlxalq səviyyədə tanınan, öz elmi əsərləri ilə beynəlxalq elm aləminə səs salan ikinci bir qadın tapmaq çətin olardı: "Aida İmanquliyevanın ərəb-məhcər ədəbiyyatına həsr etdiyi tədqiqatları bu gün də öz aktuallığını itirməyib. Onun tədqiqat obyektləri bu gün də böyük maraq doğurur. Onlardan əxz olunan ideyaları inkişaf etdirən çoxsaylı tədqiqatlar mövcuddur”.
Mi35 hərbi paradda dağıntılar törətdi  VİDEO like
  • 10 Okt 10:36  
Dünya Mi35 hərbi paradda dağıntılar törətdi VİDEO

Rusiya istehsalı olan Mi-35 hərbi vertolyotu dağıdıcı gücünü qeyri-stan

arrow Ətraflı
Bu gün Azərbaycan yığması Fransa ilə qarşılaşır like
  • 10 Okt 10:34  
Digərləri Bu gün Azərbaycan yığması Fransa ilə qarşılaşır

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatını

arrow Ətraflı
Gənc qızın dəhşətli ölümündəki müəmma  Telefonu bacısına verib, like
  • 10 Okt 10:32  
Kriminal Gənc qızın dəhşətli ölümündəki müəmma Telefonu bacısına verib,

Beyləqanda naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döy

arrow Ətraflı
Bakıda 5-ci "Prime Travel Market" tədbiri baş tutub (FOTO) like
  • 10 Okt 10:30  
Digərləri Bakıda 5-ci "Prime Travel Market" tədbiri baş tutub (FOTO)

"Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi

arrow Ətraflı
Gəncədə 5 mərtəbəli binada yanğın baş verib like
  • 10 Okt 10:25  
Digərləri Gəncədə 5 mərtəbəli binada yanğın baş verib

Gəncədə 5 mərtəbəli binada yanğın baş verib

arrow Ətraflı
Maşını qazla işləyən sürücülərin nəzərinə! like
  • 10 Okt 10:23  
Digərləri Maşını qazla işləyən sürücülərin nəzərinə!

Son aylarda Azərbaycanda periodik olaraq maye qazın satışında qıtlıq yara

arrow Ətraflı
Azərbaycanın bu rayonlarında qaz təchizatı dayandırılacaq like
  • 10 Okt 10:20  
Digərləri Azərbaycanın bu rayonlarında qaz təchizatı dayandırılacaq

Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaş

arrow Ətraflı
Həkimlərimizi tanıyın: Pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova like
  • 10 Okt 10:20  
Digərləri Həkimlərimizi tanıyın: Pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə təcrübəli həkim, ba

arrow Ətraflı
“Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm” like
  • 10 Okt 10:18  
Digərləri “Test üsulunu Vurğun Əyyub yox, mən gətirmişəm”

est imtahanlarını Azərbaycana kim gətirib? Çünki bu mövzu ətrafında tə

arrow Ətraflı
“Gucci”nin erməni modelini fotoşop da gözəlləşdirə bilmədi  FOTO like
  • 10 Okt 10:14  
Digərləri “Gucci”nin erməni modelini fotoşop da gözəlləşdirə bilmədi FOTO

Dünyaca məşhur "Gucci" markasının yeni erməni modeli Armine Haru

arrow Ətraflı
Samux və Ağcabədidə qaz təchizatı dayandırılacaq like
  • 10 Okt 10:08  
Digərləri Samux və Ağcabədidə qaz təchizatı dayandırılacaq

Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaş

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 10 Okt 10:05  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 10 oktyabr tarixindən etibarən valyuta məzənnə

arrow Ətraflı